Hər təlim öz MetaTrader 5 indikatoru ilə gəlir: qızıl və neft üçün Golden Vector PRO, USD cütlükləri və qızıl üçün USD Alpha Matrix. Dərslərdə qaydaları canlı qrafikdə öyrənir və indikatorla işləməyi mənimsəyirsiniz.
Golden Vector PRO v6.12 · MetaTrader 5
XAUUSD
USOIL · WTI
UKOIL · Brent
Qızıl və Neftdə Peşəkar Ticarət Strategiyası
Struktur, Fibonacci skeleti və Pifaqor vektor mühərrikinə əsaslanan, qaydaları yazılı, qapalı ticarət sistemi — yalnız qızıl, WTI və Brent üçün.
Qiymət
$599
$399Tickmill və ya VantageFX-də ən azı $1000-lıq real hesab açanlar üçün
Bonus: 3-cü dərsdə Golden Vector PRO v6.12 indikatoru — tamamilə PULSUZ
Endirim üçün partnyor brokerdə hesab açın:
Dərs proqramı
01Bazar, struktur və Fibonacci skeleti
Nə üçün yalnız qızıl, WTI və Brent; MT5 iş yeri; swing high / swing low, 120 barlıq pəncərə; 7 səviyyəli Fibonacci, qızıl zona və 78.6% invalidasiya xətti.
02Pifaqor vektor mühərriki və siqnal qaydaları
ATR normalizasiyası, bucaq və vektor gücü; RANGING / DEVELOPING / STRONG trend sinifləri; SQUEEZE–SHOCK volatillik rejimləri; 5 şərtli siqnal, stop və bir hədəf (TP); A və B dərəcəli siqnallar.
03İndikatorun quraşdırılması, paneli və parametrləri
Golden Vector PRO v6.12 hədiyyə; hesaba bağlı lisenziya; 11 parametr qrupu; 18 sətirlik panel, LAST SIGNAL, 8/8 CHECKLIST və VERDICT; alertlər.
04Ticarətin icrası, risk idarəsi və gündəlik rejim
Siqnaldan sifarişə: lot, SL/TP; əməliyyatın SL və TP-yə qədər idarəsi; 1% qaydası, gündəlik limit, WTI–Brent korrelyasiyası, xəbərlər; 10 tipik səhv və 30 günlük plan.
Kimlər üçündür
MT5-i bilən, lakin sistemli strategiyası olmayan treyderlər
Qızıl və neftdə girişləri “hissə görə” edənlər
Çoxlu indikator yığıb nəticə ala bilməyənlər
Hazır, qaydaları yazılı sistem axtaranlar
Kimlər üçün deyil
Günə 100 sövdələşmə axtaran skalperlər
“Heç vaxt uduzmayan” sistem axtaranlar
Qızıl və neftdən başqa alətlərdə işləmək istəyənlər
USD Alpha Matrix v4.8 · MetaTrader 5
EURUSD
GBPUSD
USDJPY
XAUUSD
+4 USD
Birləşdirilmiş treydinq strategiyası
USD Alpha Matrix indikatoru 8 valyutanın gücünü, Dollar İndeksini (DXY) və qızılı birlikdə izləyir, 13 yoxlamadan keçən hazır siqnalları Entry, SL və TP ilə verir. İndikator + təlim, yalnız Tickmill brokerində.
Qiymət
$599
$399Tickmill-də ən azı $1000-lıq real hesab açanlar üçün
Qiymətə daxildir: USD Alpha Matrix v4.8 indikatoru və 2 dərslik təlim
Endirim üçün partnyor brokerdə hesab açın:
İndikator yalnız bir hesabda işləyir: MT5 hesab nömrəniz indikatorun içinə yazılaraq sizə verilir. İkinci hesabda istifadə etsəniz və ya başqasına versəniz, indikator işləməyəcək.
Dərs proqramı
01İndikatorla tanışlıq və siqnalların aşkarlanması
Quraşdırma və panelin hissələri: CURRENCY STRENGTH, BEST OPPORTUNITIES, USD PAIR MATRIX, ACTIVE SIGNALS, DXY və qızıl panelləri; valyuta gücü və EDGE necə hesablanır; 13 yoxlama (GATES), SCORE və status yazıları; siqnalın Entry, SL və TP ilə oxunması, alertlər.
02Risk və lot idarəetməsi
Balansa və SL məsafəsinə görə lotun hesablanması; hər əməliyyatda 1% risk, eyni anda açıq risk 3%-dən çox deyil, gündəlik 3% itki limiti, R:R 2.0; hansı balansla necə ticarət etmək; intizam qaydaları və jurnal.
Kimlər üçündür
Hər gün bazar analizinə vaxt ayıra bilməyənlər
USD cütlükləri və qızılda hazır siqnallarla işləmək istəyənlər
Sabit risk və yazılı qaydalarla ticarət etmək istəyənlər
Tickmill-də hesab açmağa hazır olanlar
Kimlər üçün deyil
Tickmill-dən başqa brokerdə işləmək istəyənlər
İndikatoru bir neçə hesabda istifadə etmək və ya paylaşmaq istəyənlər
Gəlir zəmanəti axtaranlar
02İndikatorlar
Qaydaları ekranda görün: təlimlərlə verilən iki MetaTrader 5 indikatoru
Hər təlim öz indikatoru ilə gəlir: qızıl və neft üçün Golden Vector PRO, USD cütlükləri və qızıl üçün USD Alpha Matrix. Paneli orijinal ölçüdə görmək üçün şəklin üzərinə klikləyin.
8 valyutanın gücünü, Dollar İndeksini (DXY) və qızılı birlikdə izləyən, 13 yoxlamadan keçən hazır siqnalları Entry, SL və TP ilə verən MT5 indikatoru.
Əsas imkanlar
01
Valyuta gücü matrisi
8 valyutanın gücü M15, M30 və H1-də ölçülür, 28 cütlük üzrə müqayisə cədvəli qurulur.
02
13 yoxlama (GATES)
Siqnal yalnız EDGE, trend, volatillik, spred və DXY daxil 13 şərtin hamısı keçəndə yaranır.
03
Hazır Entry, SL, TP
Hər siqnal giriş, stop və hədəf səviyyələri ilə gəlir; R:R panelda ayarlanır (ilkin 2.0).
04
BEST OPPORTUNITIES
Siqnala ən yaxın 3 alət SCORE balı və yoxlama zolağı ilə sıralanır.
05
DXY və qızıl panelləri
Dollar İndeksi və XAUUSD üçün 5 taymfreym balı, 48 saatlıq mini qrafik və təsdiq siqnalı.
06
Alertlər
Terminalda səsli bildiriş və MetaTrader mobil tətbiqinə push bildirişi.
Platforma
MetaTrader 5
Alətlər
7 USD cütlüyü · XAUUSD
Broker
Yalnız Tickmill
Lisenziya
1 MT5 hesabı
03Prop trading · Fond hesabları
Prop-firma mərhələlərini qaydalarla keçin
Prop-trading şirkətləri treyderə öz kapitalı ilə ticarət etmək imkanı verir, amma əvvəlcə ciddi qaydaları olan qiymətləndirmə mərhələlərindən keçmək lazımdır. Hesabların çoxu strategiya zəif olduğu üçün yox, limitlər pozulduğu üçün itirilir. Golden Vector PRO (qızıl və neft) və USD Alpha Matrix (USD cütlükləri və qızıl) hər sövdələşməni bu limitlərə uyğun planlamağa kömək edir.
Hər iki indikator təlimlə verilir: Golden Vector PRO 3-cü dərsdə pulsuz, USD Alpha Matrix Birləşdirilmiş strategiya ilə.
USD Alpha Matrix Tickmill hesabınızda işləyir, onun verdiyi siqnalları isə prop-firma hesabınızda açaraq fazaları eyni qaydalarla keçə bilərsiniz: Entry, SL və TP səviyyələri hər iki hesabda eynidir.
Mərhələ 1 · SınaqBalans $100,000AKTİV
Mənfəət hədəfi+5.60% / 8%
Gündəlik itki limiti−0.90% / 5%
Maksimum itki−2.10% / 10%
Ticarət günləri 6 · min. 4 ✓Qayda pozuntusu 0
Son sövdələşmələr · Golden Vector PRO · USD Alpha Matrix
Eyni qaydalarla nəticənin təsadüf olmadığını təsdiqləyirsiniz.
Mənfəət hədəfi
5%
Gündəlik itki limiti
5%
Maksimum itki
10%
3Fond hesabı
Şirkətin kapitalı ilə ticarət edir, mənfəətdən pay alırsınız.
Mənfəət payı
70–90%
Gündəlik itki limiti
5%
Maksimum itki
10%
Rəqəmlər tipikdir — dəqiq şərtlər şirkətdən şirkətə fərqlənir. Qeydiyyatdan əvvəl öz şirkətinizin qaydalarını oxuyun.
İndikatorlar qaydalara necə kömək edir
Gündəlik itki limiti
Golden Vector PROHər siqnalda stop-loss və 1% riskə görə lot təklifi hazır gəlir — bir sövdələşmə gündəlik limitin yalnız kiçik hissəsini riskə atır.
USD Alpha MatrixHər siqnalın hazır SL-i var; təlimdəki qaydalar: hər əməliyyatda balansın 1%-i, gün ərzində 3% itirildikdə yeni əməliyyat açılmır.
Maksimum itki
Golden Vector PROStop 78.6% invalidasiya xəttinə qoyulur, R:R şərti ödənməyən siqnal çıxmır — itki seriyaları hesabı limitə tez yaxınlaşdırmır.
USD Alpha MatrixEyni anda açıq risk 3%-dən çox olmur. Bütün siqnallar dolları əhatə etdiyindən eyni anda bir neçə siqnal olanda risk azaldılır.
İmpulsiv və həddən artıq ticarət
Golden Vector PROPaneldəki VERDICT (qərar) sətri yalnız READY (hazır) və ya NO TRADE (ticarət yoxdur) göstərir. 5 şərt tamamlanmayanda giriş yoxdur — "revanş" sövdələşmələri azalır.
USD Alpha MatrixSiqnal yalnız 13 yoxlamanın hamısı keçəndə yaranır. GATES zolağı və status yazıları gözləmək lazım olduğunu göstərir.
Mənfəət hədəfi
Golden Vector PROHər siqnalın bir TP-si var, R:R şərti isə hədəfin stopdan uzaqda olmasını təmin edir: mənfəət hədəfinə böyük lotla tələsmədən, kiçik riskli sövdələşmələrlə addım-addım yaxınlaşırsınız.
USD Alpha MatrixR:R 2.0: bir qazanc iki itkini örtür. Hər siqnal Entry, SL və TP ilə gəlir, nəticə R ilə izlənir.
Volatillik və xəbərlər
Golden Vector PROATR və volatillik rejimi (SQUEEZE — sıxılma, SHOCK — kəskin hərəkət) bazarın nə vaxt təhlükəli olduğunu göstərir; təlimdə xəbər qaydası ilə birlikdə tətbiq olunur.
USD Alpha MatrixATR MIN–MAX, spred limiti, DXY filtri və istəyə görə xəbər filtri uyğun olmayan bazarda siqnalı bloklayır.
İndikatorlar və təlimlər prop-firma mərhələsinin keçiləcəyinə zəmanət vermir. Ticarət qərarları və risk sizin məsuliyyətinizdədir.
Qızıl və Neft təliminin endirimli qiyməti Tickmill və ya VantageFX-də, Birləşdirilmiş treydinq strategiyasınınkı isə yalnız Tickmill-də ən azı $1000-lıq real hesab açan iştirakçılar üçündür — USD Alpha Matrix indikatoru yalnız Tickmill-də işləyir.
Niyə məhz bu brokerlər? Partnyor brokerlərimiz şəffaf ticarət şərtləri ilə seçilib və biz uzun illərdir onlarla işləyirik — buna görə sizə də tövsiyə edirik. Son qərar yenə də sizindir: hesab açmazdan əvvəl brokerin lisenziyası və şərtləri ilə tanış olun.
$599$399
Təlim $599 əvəzinə $399
İndikatorlar üçün lazım olan MT5 hesabı
Demo hesabla başlamaq mümkündür
Endirimi necə almaq olar
1
Brokeri seçin
Tickmill və ya VantageFX-də “Hesab aç” düyməsi ilə qeydiyyatdan keçib MT5 hesabı açın. Birləşdirilmiş strategiya üçün yalnız Tickmill uyğundur.
2
Real hesabı maliyyələşdirin
Brokerin tələb etdiyi şəxsiyyət təsdiqini (KYC) keçin və hesaba ən azı $1000 yatırın.
3
Hesab nömrəsini göndərin
MT5 hesab nömrənizi WhatsApp-da bizə yazın — parol lazım deyil.
Təlimlərdəki bilikləri dərinləşdirmək üçün iki fundamental bələdçi: qızıl və neft bazarının bütün mexanizmi və Smart Money Concepts-in real məlumatda sınaqdan keçirilmiş sistemi.
$29
Pulsuz ön baxış: 17 səhifə
Müəllif: Vüqar Familoğu
Qızıl və neft: qrafikin arxasındakı bazar
Forex bazarının işləmə mexanizmi və XAUUSD, USOIL (WTI), UKOIL (Brent) CFD-ləri ilə ticarət
590səhifə
14fəsil
400+qrafik və sxem
Qrafik nəticədir — bu kitab isə onun arxasındakı mexanizm haqqındadır. Bir unsiya qızılın qiyməti Londonda, Nyu-Yorkda və Şanxayda necə formalaşır, Texasdakı anbarın doluluğu neftin qiymətini necə dəyişir, Fed-in bir cümləsi qızılı niyə saniyələr içində 30 dollar sıçradır — bazarın əlifbasından tam strategiyalara qədər.
Kitabda nələr var
Bazarın əlifbası: CFD, pip, lot, leverage, margin, swap və order növləri
Qızılın və neftin qiymətini hərəkət etdirən amillər: real faiz, DXY, Fed, OPEC+, EIA ehtiyatları, geosiyasət
Texniki analiz qızıl və neft nümunələri ilə: şamlar, struktur, Fibonacci, ATR, Volume Profile
Tam strategiya nümunələri: London breakout, EIA sistemi, H1 trend pullback, range mean reversion
Risk idarəsi, psixologiya və real ticarət günlərinin təhlili ilə praktik laboratoriya
Smart Money Concepts əsasında daha dərin bazar anlayışı
204səhifə
30fəsil
80+qrafik və sxem
Order Block, Fair Value Gap, likvidlik sweep-i, BOS və CHoCH real bazarda həqiqətən işləyirmi? Kitab SMC-nin bütün anlayışlarını sistemli izah edir və onları ölçülə bilən qaydalara çevirərək real MetaTrader 5 məlumatında — beş alətdə və iki taymfreymdə — sınaqdan keçirir. Həm uğurlar, həm də uğursuzluqlar açıq göstərilir.
Kitabda nələr var
Bazar strukturu, likvidlik və maraq zonaları: swing-lər, BOS/CHoCH, sweep, Order Block, FVG, OTE
Zaman və kontekst: çox taymfreymli analiz, sessiyalar, killzone-lar və Power of 3
Valyuta cütləri, qızıl (XAUUSD) və neft (WTI, Brent) üçün ayrıca fəsillər
Kəmiyyət qaydaları və onların EURUSD, GBPUSD, USDJPY, XAUUSD və WTI üzrə real sınaq nəticələri
Qaydaları öz qrafikinizdə tətbiq etmək üçün addım-addım protokol, risk və psixologiya
Yoxlama siyahıları, lot cədvəlləri, lüğət, çap üçün şablonlar və 30 günlük praktiki proqram
Sifariş WhatsApp vasitəsilə qəbul olunur — çatdırılma və ödəniş şərtlərini sizə dərhal bildiririk.
PLANR:R
06Necə işləyir
Bilikdən intizama — 4 addım
Hər addım bir əvvəlkinin üzərində qurulur: əvvəl qaydaları öyrənirsiniz, sonra alət əlinizə keçir, praktikada intizam formalaşır və yalnız bundan sonra real bazara çıxırsınız.
01Canlı dərslər
Öyrən
Canlı dərslərdə strukturu, giriş şərtlərini və risk qaydalarını MT5 qrafikində addım-addım öyrənirsiniz.
023-cü dərs
Quraşdır
3-cü dərsdə qaydaları avtomatlaşdıran indikator sizin MT5 hesabınıza quraşdırılır.
0330 gün
Məşq et
30 gün demo hesabda plan üzrə ticarət edir, hər əməliyyatı jurnala yazırsınız.
04Kiçik risk
Tətbiq et
Nəticələriniz təsdiqləndikdən sonra kiçik risklə real hesaba keçirsiniz.
07Şəffaflıq
Strategiyanın aylıq nəticələri
2025-ci ildən etibarən Qızıl və Neft strategiyası və USD Alpha Matrix (Birləşdirilmiş strategiya) üzrə aylıq gəlir və itkilər pips ilə. Strategiya, il və ay üzrə filtr edin.
Toplam nəticə · pips—
Ümumi gəlir · pips—
Ümumi itki · pips—
Müsbət aylar—
İllər və aylar üzrə cədvəl
2026
Ay
Gəlir
İtki
Toplam
Yanvar
+3 041
−338
+2 703
Yanvar
+1 979
−607
+1 372
Fevral
+3 598
−1 505
+2 093
Fevral
+2 453
−514
+1 939
Mart
+4 630
−850
+3 780
Mart
+3 612
−765
+2 847
Aprel
+3 766
−1 990
+1 776
Aprel
+3 197
−862
+2 335
May
+2 942
−592
+2 350
May
+3 481
−885
+2 596
İyun
+3 466
−1 842
+1 624
İyun
+3 671
−631
+3 040
İyul
+3 976
−1 456
+2 520
İyul
+4 023
−1 248
+2 775
Avqust
+4 428
−997
+3 431
Avqust
+3 103
−484
+2 619
Sentyabr
+4 227
−1 679
+2 548
Sentyabr
+4 419
−1 073
+3 346
Oktyabr
+6 214
−793
+5 421
Oktyabr
+3 350
−298
+3 052
Seçilmiş filtr üzrə məlumat yoxdur.
2025
Ay
Gəlir
İtki
Toplam
Yanvar
+3 456
−478
+2 978
Yanvar
+2 301
−549
+1 752
Fevral
+4 103
−751
+3 352
Fevral
+2 563
−714
+1 849
Mart
+2 980
−361
+2 619
Mart
+3 409
−843
+2 566
Aprel
+3 327
−428
+2 899
Aprel
+3 379
−1 093
+2 286
May
+3 561
−741
+2 820
May
+1 981
−303
+1 678
İyun
+3 534
−1 304
+2 230
İyun
+4 109
−1 256
+2 853
İyul
+2 966
−1 109
+1 857
İyul
+3 640
−789
+2 851
Avqust
+4 706
−819
+3 887
Avqust
+2 763
−249
+2 514
Sentyabr
+2 513
−776
+1 737
Sentyabr
+3 127
−697
+2 430
Oktyabr
+3 006
−819
+2 187
Oktyabr
+3 618
−440
+3 178
Noyabr
+3 063
−1 235
+1 828
Dekabr
+1 698
−558
+1 140
Seçilmiş filtr üzrə məlumat yoxdur.
Keçmiş nəticələr gələcək gəlirin zəmanəti deyil. Göstəricilər pips ilə verilir; spred, komissiya və slippage fərdi hesabda fərqli ola bilər.
08WhatsApp icması
Analizlər birbaşa WhatsApp-ınıza
Qızıl, neft və valyutalar üzrə həftəlik analizlər, iqtisadi təqvim xəbərdarlıqları və təlim elanları — birbaşa telefonunuza. Qrupda yalnız admin yazır, ona görə spam yoxdur.
Qızıl və neft üzrə əsas səviyyələrlə həftəlik icmallar
Güclü xəbərlərdən əvvəl iqtisadi təqvim xəbərdarlıqları
Texniki analiz və risk idarəsi üzrə maarifləndirici qeydlər
Yeni qruplar və kitablar barədə ilk siz xəbər tutun
H1 trend is bullish, but the swing bias is bearish and the dashboard reads NO EDGE (flat). Volatility is in a squeeze (0.56× ATR) and the vector angle is only +10.8°, below the 25° limit.
Price is holding the 61.8% level (106.82) inside the golden zone. The sell setup has only 4 of 7 conditions.
Volatility squeeze (0.59×), a weak vector (+3.4°) and an expensive spread today — 8.9% of ATR, so the spread filter is red. Price sits just above the 61.8% level at 98.75.
Reminder: WTI and Brent are strongly correlated. Never take full risk on both at the same time — it doubles the risk on one idea.
10:02
Strategiyanızı avtomatlaşdırın: indikator, robot və Telegram-a AI bildirişlər
Ticarət qaydalarınızı MQL5 ilə MetaTrader 5 üçün koda çeviririk. Strategiyanızı AI bot ilə birləşdirib siqnalları birbaşa Telegram hesabınıza göndəririk.
MQL5 indikatorları
Qaydalarınızı qrafikdə çəkən və bildiriş göndərən MetaTrader 5 indikatorları.
Expert Advisor (robot)
Strategiyanızı daxili risk idarəsi ilə avtomatik icra edən, Strategy Tester-də sınanmış ticarət robotları.
Skriptlər
Bir kliklə işləyən alətlər: lot kalkulyatoru, riskə görə sifariş, mövqelərin toplu bağlanması.
AI bot + Telegram
Strategiyanız AI bot ilə birləşdirilir: siqnallar, xəbər xəbərdarlıqları və gündəlik hesabat Telegram-a avtomatik gəlir.
Strategiyanız TradingView-də: Pine Script ilə fərdi indikatorlar
Ticarət qaydalarınızı TradingView-in dili olan Pine Script v6 ilə yazırıq. İndikator siqnalları birbaşa qrafikdə göstərir və alert-ləri telefonunuza göndərir. Necə işlədiyinə baxın:
XAUUSD15mƒx Indicators⏰ AlertPublish
4060.004080.004100.004107.97BUYSELLBUY
VF Trend Signals 9 21 4100.45 4093.92
⏰ Alert on XAUUSD, 15Buy signal: EMA 9 crossed above EMA 21
Pine EditorStrategy TesterCompiling…✓ Added to chartAdd to chart
50 suallıq testdən keçin, 110 ballıq şkala üzrə səviyyənizi, güclü və zəif tərəflərinizi öyrənin və növbəti addım üçün fərdi tövsiyə alın.
50sual
3çətinlik səviyyəsi
110bal
~15dəqiqə
Orta · 2 bal12 / 50
1:3 risk-gəlir nisbəti nə deməkdir?
APotensial gəlir riskdən üç dəfə çoxdur
BRisk gəlirdən üç dəfə çoxdur
CDörd əməliyyatdan üçü qazanır
DEyni anda üç mövqe açılır
87/ 110İrəli səviyyəli treyder
12Pulsuz mini-bələdçi
Qızıl ticarətində 10 tipik səhv
Qızıl cəlbedicidir — məhz buna görə təhlükəlidir. Treyderlərin ən çox etdiyi 10 səhv və onların həlli, təhlükə səviyyəsinə görə.
10
4Fəlakətli səhv — hesabı bir gündə məhv edə bilər
3Orta risk — tez-tez zərərli girişlərə səbəb olur
3Yavaş səhv — hesabı aylarla yavaş-yavaş əridir
01Orta risk
Sıçrayışın zirvəsində alış
SəhvQızıl xəbərlə 30 dollar sıçrayır, “qatar gedir” düşüncəsi ilə zirvədə alış edilir — ardınca adətən geri çəkilmə gəlir.
Həllİlk geri çəkilməni və struktur təsdiqini gözləyin. Fürsəti qaçırmaq pis girişdən yaxşıdır.
02Yavaş səhv
Dar stop
Səhv2–3 dollarlıq stop adi bir dəqiqəlik dalğalanmadan işləyir və “strategiya işləmir” qənaəti yaranır.
HəllStopu ATR-a və taymfreymə görə seçin. Daha geniş stop — daha kiçik lot deməkdir.
03Fəlakətli səhv
Zərərli mövqeyə əlavə etmək
Səhv“Daha ucuz aldım” deyə yeni mövqe açılır — qızıl isə bir neçə həftədə 200–300 dollar düşə bilər.
HəllBir ticarət ideyası — bir mövqe, bir stop. Yalnız qazanclı tərəfə və plana görə artırın.
04Orta risk
Dolları unutmaq
SəhvQızılda gözəl alış setup-ı var, amma eyni anda DXY güclü yüksəliş başladıb — setup “işləmir”.
HəllHər qızıl ticarətindən əvvəl dollar və gəlirlilik panelinə baxın.
05Yavaş səhv
Hər xəbərdə ticarət
SəhvHər ABŞ məlumatı “fürsət” sayılır; spred, slippage və iki tərəfli sıçrayışlar hesabı yavaş-yavaş əridir.
HəllXəbəri yox, xəbərdən sonrakı strukturu ticarət edin.
06Fəlakətli səhv
“Qızıl həmişə qalxır” inamı
SəhvYalnız alış edilir, stop qoyulmur. Korreksiyalarda 10–15% düşüş adi haldır — leverage ilə bu, hesabın məhvi deməkdir.
HəllUzunmüddətli fikir qısamüddətli stopu ləğv etmir.
07Orta risk
Futures və spot səviyyələrini qarışdırmaq
SəhvSosial şəbəkədəki COMEX futures səviyyəsi MT5-dəki spot qrafikə köçürülür — fərq onlarla dollar ola bilər.
HəllSəviyyənin hansı qrafikdən götürüldüyünü dəqiqləşdirin.
08Yavaş səhv
Swap-ı nəzərə almamaq
SəhvLong mövqe həftələrlə saxlanılır və qazancın xeyli hissəsi swap-a gedir.
HəllUzun saxlamadan əvvəl swap xərcini hesablayın.
09Fəlakətli səhv
Stopsuz ticarət
SəhvMövqe stop-loss olmadan açılır — bir güclü xəbər hərəkəti bütün hesabı riskə atır.
HəllHər mövqe əvvəlcədən müəyyən edilmiş stop ilə açılır — istisnasız.
10Fəlakətli səhv
Həddən artıq leverage
SəhvBöyük lot kiçik qiymət hərəkətini böyük itkiyə çevirir; bir neçə zərər ardıcıllığı hesabı bitirir.
HəllBir əməliyyatda kapitalın 1%-dən çoxunu riskə atmayın, lotu stopa görə hesablayın.
Əvvəlcə fəlakətli səhvləri aradan qaldırın, sonra yavaş səhvləri — yavaş səhvləri jurnal vasitəsilə düzəltmək olar, fəlakətli səhvdən sonra isə düzəltməyə hesab qalmaya bilər.
Mənbə: «Qızıl və neft: qrafikin arxasındakı bazar» kitabı, 4-cü fəsil
“Uzunmüddətli nəticəni strategiya yox, risk idarəsi müəyyən edir.”
13Haqqımda
2010-cu ildən bazarın içindən.
Treyder və analitik kimi fəaliyyətim 2010-cu ildə başlayıb. Bu illər ərzində siqnal servisində treyder, beynəlxalq şirkətdə analitik kimi çalışmış, ticarət diqqətimi xüsusilə qızıl və neft bazarlarına yönəltmişəm.
Təlimlərdə öyrətdiyim hər qayda real bazarda sınaqdan keçib və MetaTrader 5 indikatorları şəklində kodlaşdırılıb. Məqsədim sizə “sehrli düymə” yox, ölçülə bilən və təkrarlana bilən sistem verməkdir.
Karyera tarixçəsi
2010
Ticarətə başlanğıc
Treyder və analitik kimi ilk addımlar, valyuta, qızıl və neft bazarlarının öyrənilməsi.
2015 — 2019
Treyder · Premiumfxsignals Signal Service
Siqnal servisində treyder kimi gündəlik ticarət ideyaları və siqnalların hazırlanması.
2020 — 2024
Analitik · Forexcues LLC
Beynəlxalq şirkətdə bazar analitiki: texniki və fundamental təhlil, ticarət planları.
2025 — indi
Müstəqil treyder
Öz strategiyaları ilə müstəqil ticarət, MT5 indikatorlarının hazırlanması və təlimlər.
14Suallar və cavablar
Tez-tez verilən suallar
Cavabını tapmadığınız sual varsa, WhatsApp-da yazın — qısa müddətdə cavablandırırıq.
Qızıl və Neft təlimi
Təlim neçə dərsdən ibarətdir və nə qədər çəkir?
Təlim 4 dərsdən ibarətdir, hər dərs 1 saat 30 dəqiqədir (cəmi 6 akademik saat). Bütün proqram 1 həftə ərzində keçirilir.
Dərslər necə və nə vaxt keçirilir?
Dərslər yalnız fərdi qaydada (1-ə-1) Google Meet üzərindən keçirilir. Dərslər axşam saat 20:30-da (Bakı vaxtı, GMT+4) başlayır; dərs günləri sizinlə fərdi razılaşdırılır.
Golden Vector PRO v6.12 indikatoru nədir?
Təlimdə öyrədilən strategiyanı MetaTrader 5-də avtomatlaşdıran indikatordur: strukturu, Fibonacci zonalarını, momentumu və 5 şərtli siqnal qaydasını hesablayır, paneldə 8/8 yoxlama siyahısı və VERDICT göstərir. 3-cü dərsdə pulsuz verilir.
İndikator avtomatik ticarət edirmi?
Xeyr. Bu, ticarət robotu (EA) deyil — sizin yerinizə sifariş açmır və qərar vermir. Siqnal və yoxlama siyahısı verir, son qərar treyderindir.
İndikator hansı alətlərdə işləyir?
Yalnız XAUUSD (qızıl), USOIL (WTI) və UKOIL (Brent) simvollarında. Brokerinizdə simvol adı fərqli olsa da (məs. XAUUSD.m, GOLD#), indikator onu tanıyır.
Lisenziya necə işləyir? Parolumu verməliyəm?
İndikator sizin MT5 hesab nömrənizə bağlanır və şəxsi .ex5 faylı kimi təqdim olunur. 3-cü dərsə qədər yalnız hesab nömrəsini göndərirsiniz — parol heç vaxt istənilmir.
Niyə iki qiymət göstərilib?
Standart qiymət $599-dır. Partnyor brokerimizdə ən azı $1000-lıq real hesab açan iştirakçılar üçün qiymət $399-dır.
USD Alpha Matrix
Birləşdirilmiş treydinq strategiyası nədir?
USD Alpha Matrix indikatoru və 2 dərslik fərdi təlimdən ibarət paketdir. İndikator 8 valyutanın gücünü, Dollar İndeksini (DXY) və qızılı birlikdə izləyir və 13 yoxlamadan keçən hazır siqnalları Entry, SL və TP ilə verir. Hesabınızda əməliyyat açmır — əməliyyatı siz açırsınız.
Təlim neçə dərsdir və necə keçirilir?
İki dərs: birincidə indikatorun quraşdırılması, paneli, işləmə mexanizmi və siqnalların aşkarlanması; ikincidə risk və lot idarəetməsi, hansı balansla necə ticarət etmək qaydaları. Dərslər fərdi (1-ə-1), Google Meet üzərindən, həftədə 2 dəfə, hər biri 1 saat keçirilir.
İndikator hansı brokerdə işləyir?
Yalnız Tickmill brokerində açılmış MetaTrader 5 hesabında. Başqa brokerdəki hesabda indikator işləməyəcək, ona görə təlimə qoşulmazdan əvvəl Tickmill-də hesab açmaq lazımdır.
Lisenziya necə işləyir? Parolumu verməliyəm?
MT5 hesab nömrəniz indikatorun içinə yazılaraq sizə verilir və o, yalnız bu bir hesabda işləyir. İkinci hesabda istifadə etsəniz və ya başqasına versəniz, indikator işləməyəcək. Yalnız hesab nömrəsi istənilir — parol heç vaxt.
Hansı alətlərdə siqnal verir?
7 USD cütlüyü (EURUSD, GBPUSD, AUDUSD, NZDUSD, USDJPY, USDCHF, USDCAD) və XAUUSD. Hesablama üçün brokerdə 28 valyuta cütlüyü olmalıdır — indikator onları Market Watch siyahısına özü əlavə edir.
Siqnalları prop-firma hesabında istifadə etmək olarmı?
Bəli. İndikator Tickmill hesabınızda işləyir, onun verdiyi Entry, SL və TP səviyyələri ilə əməliyyatı prop-firma hesabınızda da aça bilərsiniz. Prop-firmanın gündəlik və maksimum itki limitlərinə özünüz əməl etməlisiniz.
Kompüter söndürüləndə siqnal gəlirmi?
Xeyr — indikator yalnız MetaTrader 5 açıq olanda işləyir. Fasiləsiz siqnal üçün terminalı VPS-də saxlamaq tövsiyə olunur; siqnallar MetaTrader mobil tətbiqinə push bildirişi kimi də gələ bilər.
Qiyməti nə qədərdir?
İndikator + 2 dərs $599-dır. Tickmill-də ən azı $1000-lıq real hesab açan iştirakçılar üçün qiymət $399-dır.
Ümumi Forex
Forex nədir?
Forex — valyutaların, həmçinin CFD vasitəsilə qızıl və neft kimi əmtəələrin alınıb-satıldığı qlobal, mərkəzləşməmiş bazardır. Bazar həftə içi 24 saat işləyir.
Pips nədir və nəticələr niyə pips ilə göstərilir?
Pips qiymət dəyişikliyinin standart ölçü vahididir. Pips ilə göstərilən nəticə hesabın ölçüsündən və lot həcmindən asılı olmadığı üçün strategiyanın keyfiyyətini obyektiv müqayisə etməyə imkan verir.
Başlamaq üçün nə qədər kapital lazımdır?
Təlim zamanı və ondan sonrakı 30 gün bütün praktika demo hesabda aparılır, yəni əvvəlcə real vəsait tələb olunmur. Real hesaba yalnız itirməyə hazır olduğunuz vəsaitlə və kiçik risklə keçmək tövsiyə olunur.
Hansı broker və platforma lazımdır?
MetaTrader 5 dəstəkləyən istənilən etibarlı broker uyğundur. Qızıl və neft təlimi üçün XAUUSD, WTI və Brent simvolları olmalıdır.
Demo hesab nədir?
Virtual vəsaitlə real bazar şəraitində ticarət etməyə imkan verən hesabdır. Bütün məşqlərimiz demo hesabda aparılır.
Risklər
Təlim gəlir zəmanəti verirmi?
Xeyr. Heç bir təlim və ya strategiya gəlirə zəmanət verə bilməz. Biz sizə qaydaları, alətləri və risk idarəsini öyrədirik; nəticə intizamdan və bazar şəraitindən asılıdır.
Forex ticarətinin əsas riskləri hansılardır?
Leveraj həm gəliri, həm itkini artırır; qızıl və neft yüksək volatillik daşıyır; xəbərlər zamanı qiymət boşluqları (gap) və slippage yarana bilər. Qoyulan vəsaitin tamamilə itirilməsi mümkündür.
Bir əməliyyatda nə qədər risk etmək tövsiyə olunur?
Təlimdə A sinif setup üçün kapitalın 1%-i, B sinif üçün 0.5%-i qaydası, gündəlik −2% və həftəlik −5% limitləri öyrədilir.
Keçmiş nəticələr gələcəyi göstərirmi?
Xeyr. Saytdakı nəticələr tarixi göstəricilərdir və gələcək gəlirin zəmanəti deyil.
Təlim investisiya məsləhətidirmi?
Xeyr. Təlim təhsil məqsədi daşıyır. Bütün ticarət qərarları və onların nəticələri treyderin öz məsuliyyətindədir.
Ödəniş və geri qaytarma
Necə qeydiyyatdan keçə və ödəniş edə bilərəm?
Saytdakı formu doldurun və ya WhatsApp-da yazın. Sizinlə əlaqə saxlayıb təlimin başlama tarixini və ödəniş məlumatlarını (bank kartı və ya köçürmə) razılaşdıracağıq.
Xaricdən ödəniş etmək mümkündürmü?
Bəli. Qiymətlər ABŞ dolları (USD) ilə göstərilib; xaricdəki iştirakçılar üçün beynəlxalq ödəniş üsulu fərdi razılaşdırılır.
Ödənişi hissə-hissə etmək olarmı?
Ödəniş şərtlərini fərdi müzakirə etmək mümkündür — bunun üçün WhatsApp-da bizə yazın.
Ödənişi geri qaytarmaq mümkündürmü?
Birinci dərsdən sonra təlimin sizə uyğun olmadığını düşünsəniz, ikinci dərsdən əvvəl müraciət edərək ödənişin tam geri qaytarılmasını tələb edə bilərsiniz. Şəxsi lisenziyalı indikator təqdim olunduqdan (3-cü dərs) sonra geri qaytarma mümkün deyil.
Dərsi buraxsam nə olur?
Üzrlü səbəbdən dərsi buraxsanız, dərs sadəcə sizin üçün başqa günə keçirilir — dərslər fərdidir.
15Əlaqə
Fərdi təliminiz üçün yer ayırın
Formu doldurun — 24 saat ərzində sizinlə əlaqə saxlayaq. Ya da dərhal WhatsApp-da yazın.